• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İtaliya mətbuatı “Bakı-2015”in rəmzlərindən yazıb

  • İdman
  • 30 Noyabr 2014 22:21
  • 418 Baxış
İtaliya mətbuatı “Bakı-2015”in rəmzlərindən yazıb

İtaliyanın məşhur “Olimpi Azzurra” idman saytında “Bakı-2015” ilk Avropa Oyunlarının ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim etməsi ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimovun sözlərinə yer verilib: “Ceyran və nar rəmzlərini bütün dünyaya təqdim etməyə şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Bu simvollar “Bakı-2015”in rəmzləri kimi, Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək”.

Müəllif bildirir ki, ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini təqdim edəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Ölkəmizdə geniş yayılan nar meyvəsi rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq bu şəhərdə geniş nümayiş etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR