Cavidin komandası səfərdən xalla qayıtdı
Bizi izləyin

İdman

Cavidin komandası səfərdən xalla qayıtdı

Türkiyə birinci liqasında 11-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" səfərdə "Dənizlispor"un qonağı olub.

Cavidin 90-cı dəqiqədə əvəzləndiyi matç 1:1 hesabıyla başa çatıb. "Dənizlispor"da oynayan digər həmyerlimiz Rail Məlikov isə meydana çıxmayıb. Onun nizam-intizam qaydalarını pozduğuna görə, oynamayacağı əvvəlcədən bəlli idi.

Bu heç-heçədən sonra İmamverdiyevin komandası turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. "Dənizlispor" isə 11-cidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm