Prosineçki söz verdi: “Burada olduğum müddətdə...”
Bizi izləyin

İdman

Prosineçki söz verdi: “Burada olduğum müddətdə...”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizəd göstərilən Robert Prosineçki Premyer Liqanın 14-cü turunda baş tutan bir neçə oyunu canlı izləyib.

Futbolumuzla yaxından tanış olmağa çalışan xorvat mütəxəssis “Simurq” - “Qarabağ” qarşılaşmasından (2:3) sonra jurnalistlərin suallarını cavablayıb. Publika.az Robert Prosineçkinin müsahibəsini təqdim edir:

- “Simurq” “Qarabağ” oyunu ilə bağlı nə düşünürsünüz?

- Çox maraqlı oyun izlədik. Oyunda hərəkət var idi, sürət var idi. Doğrudan da, belə oyuna görə Bakıdan bura 6 saat yol gəlməyə dəyərdi. Çox qollar vuruldu. Şadam ki, bu oyunu canlı olaraq stadiondan izləyə bildim.

- Diqqətinizi çəkən nə oldu?

- Özüm üçün bəzi qeydlər apardım. İkinci dəfədir ki, “Qarabağ”ın oyununa baxıram. Hiss olunurdu ki, “Qarabağ” matçın əvvəlində özünü göstərə bilmirdi, sonradan daha yaxşı oyun nümayiş etdirdi.

- “Qarabağ”da yerli oyunçulardan diqqətinizi çəkənlər oldumu?

- Ad çəkmək istəməzdim. Doğrudan da, bütün komanda yaxşı oynadı. Yenə deyirəm, 6 saatlıq yolu getməyə dəyərdi.

- Vüqar Nadirova güvənmək olarmı? Onu milliyə çağırmaq olar?

- Sözsüz ki, Vüqar maraqlı oyunçudur. Onun oyununu izlədim. 20 dəqiqə meydanda oldu. Çox maraqlı oyunçudur. Ayın axırına kimi burada qalacam və bir neçə oyun izləyəcəm.

- Artıq 4 oyunu izləmisiniz. Azərbaycan çempionatı ilə bağlı necə fikir formalaşdıra bilmisiniz?

- Çempionatın səviyyəsinə müsbət yanaşıram. Bu günə qədər gördüklərimdən razıyam.

- Millinin sabiq baş məşqçisi Berti Foqtsun mətbuatla arası çox yaxşı deyildi. Buna görə də tənqid olunurdu. Robert Prosineçki mətbuatla əlaqəni müqavilə imzalayana qədər saxlayacaq, yoxsa bu münasibət həmişə davam edəcək?

- Mən burada olduğum müddətdə mətbuatla yaxşı münasibət qurmağa çalışacağam. Uduzanda və ya qalib gələndə - mənim üçün fərq etməz.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm