“Borussiya” Frankfurtda “quyuya düşdü”
Bizi izləyin

İdman

“Borussiya” Frankfurtda “quyuya düşdü”

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, çempionatın lideri “Bavariya”Berlin səfərində “Herta”nın müqavimətini bir qolla qırıb.

Turun mərkəzi görüşü Volfsburqda baş tutub. Liderlər qrupunda yer alan “Volfsburq”Münhenqladbax “Borussiya”sını qəbul edib və minimal hesabla qalib gəlib .

Ən gözlənilməz hesab isə Frankfurtda qeydə alınıb. Yerli “Ayntraxt”Dortmund “Borussiya”sını məğlub edib. Yürgen Kloppun komandası bu məğlubiyyətdən sonra turnir cədvəlinin “zirzəmi”sinə düşüb.

Turun ən dramatik və məhsuldar oyunu isə Zinshaymda keçirilib. Almaniyanın “şən” komandası hesab olunan “Hoffenhaym” “Hannover”i çətinliklə məğlub etməyi bacarıb.

Bundesliqa

13-cü tur

Frayburq - Ştutqart 1:4

Darida, 42 - Harnik, 31; 76. Qrueso, 52. Verner, 68.

Şalke - Maynts 4:1

Huntelar, 9; 25; 61. Barnetta, 54 - Okazaki, 44.

Bayer - Köln 5:1

Belarabi, 26; 90. Çalhanoğlu, 61. Drmiç, 79; 88 - Lemann, 4-p.

Auqsburq - Hamburq 3:1

X.Altıntop, 50. Bobadilya, 62. Verxaq, 70-p - Van Der Vart, 45.

Herta - Bavariya 0:1

Robben, 27.

Verder - Paderborn 4:0

Yunuzoviç, 10. Zelke, 48. Bartels, 50. Ayçiçek, 80.

Hoffenhaym - Hannover 4:3

Şveqler, 19. Folland, 37. Polanski, 59. Zule, 63 - Ştindl, 43; 86. Xoselu, 52.

Volfsburq - Borussiya M 1:0

Knoxe, 12.

Ayntraxt F - Borussiya D 2:0

Mayer, 5. Seferoviç, 78.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm