Ən yaxşı beşlik məlumdur - “şəhərli”ni taxtdan kim salacaq?
Bizi izləyin

İdman

Ən yaxşı beşlik məlumdur - “şəhərli”ni taxtdan kim salacaq?

Afrikanın ən yaxşı futbolçusu adına namizəd beş oyunçunun adı açıqlanıb.

Komanda.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası ilkin siyahıda olan 25 futbolçu arasından 5 namizədi müəyyənləşdirib.

"Top-5"də Yaya Ture (Fil Dişi Sahili, "Mançester Siti"), Vinsent Enyeama (Nigeriya,"Lill"), Asamoa Qyan (Qana,"Əl-Əyn"), Pyer-Emerik Obameyanq (Qabon,"Borussiya" Dortmund) və Əhməd Musa (Nigeriya, ÇSKA) yer alıb.

Son üç ildə Afrikanın ən yaxşısı Yaya Ture olub. Qalib yanvarın 8-də Laqosda keçiriləcək mərasimdə açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm