İkiqat dünya çempionumuzdan möhtəşəm qayıdış
Bizi izləyin

İdman

İkiqat dünya çempionumuzdan möhtəşəm qayıdış

Noyabrın 29-da və 30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və 91+ kq çəki dərəcələrində növbəti döyüşlər keçirilib.

Publika.az xəbər verir ki, Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın 2-ci turu Azərbaycan boksçuları üçün uğurlu alınıb.

Belə ki, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayev APB seriyasında özünün və ölkəmizin ilk qələbəsini qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan boksçumuz macarıstanlı Qyula Kateni 2:1 (56:58; 58:56; 58:56) hesabıyla məğlub edib.

Bu çəkidə, həmçinin türkiyəli Onur Sipal keniyalı Rayton Okviriyə, avstriyalı Markos Nader litvalı Eimantas Stanionisə və rusiyalı Andrey Zamkovoy ukraynalı Denis Lazerevə qalib gəlib.

İkiqat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da Beynəlxalq Boks Federasiyasının yeni proyektinə qələbə ilə başlayıb. Təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxan və yarışa 2-ci turdan start verən təmsilçimiz ukraynalı Sergey Verveykonu məğlub etməkdə çətinlik çəkməyib.

Superağır çəkidə yığmamızın əsas üzvü görüşü vaxtından əvvəl texniki nokautla bitirib. İkinci raundda Verveykonun məşqçiləri rinqə dəsmal atmalı olublar.

Bu qarşılaşmadan əlavə keçirilən 3 döyüşdə Məhəmməd Arjoui (Mərakeş) Mixay Nistorudan (Rumıniya), Məhəmməd Omarov (Rusiya) Samir Əhməddən (Misir), Erik Pfeyfer (Almaniya) isə Toni Yokadan (Fransa) üstün olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm