“Qalatasaray”ın yeni baş məşqçisi imza mərasimində ağladı
Bizi izləyin

İdman

“Qalatasaray”ın yeni baş məşqçisi imza mərasimində ağladı

“Qalatasaray”da gözlənilən baş məşqçi təyinatı reallaşıb.

Publika.az xəbər verir ki, Hamza Hamzaoğlunun "Florya Metin Oktay" təsislərində rəsmi imza mərasimi keçirilib. Mərasimdə “Qalatasaray”ın vitse-prezidenti Hamdi Yasaman və prezident köməkçisi Abdurrahim Albayrak da iştirak edib. Hamzaoğlu "cim-bom"la 2015-ci ilin may ayına qədər müqavilə imzalayıb. Hamzaoğlu “Qalatasaray”ın baş məşqçisi kimi ilk açıqlamasında bunları deyib:

“İlk olaraq onu bildirim ki, yuvam deyə biləcəyim yerdəyəm. Yenidən burada olduğum üçün xoşbəxtəm. Mənə dəstək olduqları üçün Yıldırım Dəmirörən və Fatih Terimə təşəkkür edirəm. Müqaviləm may ayına qədərdir. 10 illik müqaviləyə ehtiyacım yoxdur. Əgər uğursuzluq olarsa, gedəcəyik”.

Daha sonra gənc baş məşqçi imza mərasimində bildirib ki, təklifi aldığı zaman atasını itiribmiş:

“Təklifi atamı itirdiyim gün aldım. Biz o gün çox çətin vəziyyətdə idik. Başqa otağa keçdim. Qızım da “pis bir xəbərmi var” deyə yanıma gəldi.

Sağ olsun, Abdurrahim bəy təklif xəbərini verdi. O an evdə olan digər adamlara bunu deyə bilməmişdim, sevincimi bölüşə bilmədim”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm