“Kapitan”a yeni təklif - maliyyə problem deyil
Bizi izləyin

İdman

“Kapitan”a yeni təklif - maliyyə problem deyil

“Liverpul”un kapitanı Stiven Cerrard rəhbərlikdən yeni təklif alıb, amma cavab verməyə tələsmir.

Publika.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin “qırmızılar”la hazırki müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Amma “Mançester Siti” və “İnter”in Stiviyə maraq göstərməsi “Liverpul” rəhbərliyini tələsik təklif irəli sürməyə məcbur edib.

Komandanın baş məşqçisi Brendan Rocers Cerrardın müsbət qərar verəcəyinə inandığını deyib: “Biz Cerrarda və onun nümayəndəsinə yeni müqavilə təklif etdik. Maliyyə problem deyil. Bu haqda Cerrardla dəfələrlə sohbət etmişəm. Onun fikirləşmək üçün mövsümün sonuna kimi vaxtı var”.

Son günlər Cerrardın “Liverpul”dan ayrılması haqda müxtəlif xəbərlər dolaşırdı. Klub rəhbərliyinin hazırki şərtlərlə müqavilə bağlama razı olmadığı üçün Stivinin MLS-ə üz tutacağı da deyilirdi.

İngiltərə Premyer Liqasının cari mövsümündə 13 oyunda meydana çıxan kapitan iki qol və bir məhsuldar ötürməylə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm