Millimiz Yaponiya və Albaniyayla bir qrupda
Bizi izləyin

İdman

Millimiz Yaponiya və Albaniyayla bir qrupda

Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq futbol turnirinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, gələn ilin 3-11 yanvar aralığında Sankt-Peterburqda keçiriləcək turnirdə əvvəlki kimi 16 deyil, 18 komanda mübarizə aparacaq.

Azərbaycan yığması F qrupunda yer alıb. Millimiz bu qrupda Yaponiya və Albaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 1997-ci il təvəllüdlü futbolçular iştirak edəcək.

A qrupu: Rusiya, Litva, Moldova

B qrupu: Belarus, Estoniya, Latviya

C qrupu: Bolqarıstan, Sloveniya, Qazaxıstan

D qrupu: Slovakiya, Sankt-Peterburq, Latviya

E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya

F qrupu: Yaponiya, Albaniya, AZƏRBAYCAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm