Neymarla Messinin “xalq mahnıları”, Ronaldonun “klassikləri”, bir də rok “xəstə”ləri - VİDEO
Bizi izləyin

İdman

Neymarla Messinin “xalq mahnıları”, Ronaldonun “klassikləri”, bir də rok “xəstə”ləri - VİDEO

Futbol ulduzları hər hansı oyuna gedərkən avtobusdan düşəndə əksərinin qulağında qulaqcıq olduğunu görmüsüz. Elə futbolçular var ki, məhz bu yolla özünü vacib oyunlara kökləyir.

Publika.az dünyanın ən yaxşı futbolçularının musiqi zövqünü incələyib. Buyurun, oxuyun, sizin də xəbəriniz olsun.

Marko Roys: Castin Biber

Gənc alman artıq bir neçə ildir planetin istedadlı oyunçularından hesab olunur. Hərçənd 2014-cü il onun üçün o qədər də uğurlu olmadı. Əvvəlcə zədə üzündən dünya çempionatını buraxan yarımmüdafiəçi Bundesliqada da meydanda az-az görünür. Vaxtilə o, Castin Biberin musiqilərindən həzz aldığını etiraf etmişdi.

David De Xea: “Metallica”, “Avenged Sevenfold”

Cari mövsümdə “Mançester Yunayted”in heyətində ən vacib fiqurlardan olan qapıçı rok xəstəsidir. Deyəsən, bu janr İspaniya millisinin qolkiperinə yaxşı mənada təsir edir. Onun ən sevimli rok qrupları “Metallica” və “Avenged Sevenfold”dur.

Viktor Valdes: AC/DC, Guns N`Roses

İspaniya millisinin başqa bir qapıçısı Valdesin də roka xüsusi rəğbəti var. Ağır zədədən sonra bərpa dövrünü “Mançester Yunayted”in düşərgəsində keçirən sabiq “Barselona”lı, yəqin, De Xea ilə yaxşı dil tapır. Çünki hər ikisinin musiqi zövqü rokda birləşır. Hətta Valdes klassiklərə daha çox üstünlük verir.

Ueyn Runi: Stereophonics, Arctic Monkeys, Ket Stivens, Bryus Sprinqstin

Maraqlıdır ki, Runinin sevdiyi musiqilər arasında “Şrek” cizgi filmindən saundtrek yoxdu. Ueyn daha çox yeni nəsil Britaniya rokunu dinləyir. Amma Ket Stivens və Bryus Sprinqstin kimi veteranları da diqqətdən kənarda saxlamır. Bundan başqa, Runi sag qoluna melomanlara yaxşı tanış olan bir sitatı əks elətdirib: “Just Enough Education to Perform”.

Neymar: Samba

“Barselona”nın braziliyalı hücumçusu hələ vətənində oynayarkən xalqın fəxrinə çevrilməyi bacarmışdı. O, təkcə Latın Amerikasının müasir uğurlarının rəmzi deyil. Hətta Braziliyada futbolsevərlərin bir çoxu ondan nümunə götürür. Bu üzdən Neymarın musiqi zövqü də ənənələrə daha yaxındı: samba, samba, yenə də samba.

Zlatan İbrahimoviç: Bob Marli, Stinq, Alpha Bondy

İbrahimoviç niyə hamının sevimlisidi? Ilk növbədə qeyri-müəyyən birisi olduğu üçün. İsveçli hücumçunun istedadı sərhəd tanımır. O, başı üzərindən də qol vurur, rəqib komandasının yarısını da aldada bilir, uzaqdan da qapını yaxşı nişan alır… Həə, onun musiqi zövqü də istedadı kimi rəngarəngdi. İbranın “repertuar”ında Bob Marliyə də yer var, Stinqə də, “Alpha Bondy”yə də. Hərçənd şübhəniz olmasın ki, Zlatanın ən sevimli ifaçısı elə özüdü.

Lionel Messi: kumbiya (Kolumbiya musiqisi)

Leonun futbola gəlişi o qədər dramatik alınıb ki, onun musiqi zövqü də bir qədər fərqlidi. Messi də Neymar kimi xalq mahnılarına üstünlük verir. Hətta uzaq Kataloniyada da Leo Argentinanı yaddan çıxarmır. Kumbiyaya da böyük marağı var. Messiyə aid mahnıların yazılması isə başqa söhbətin mövzusudu.

Kriştiano Ronaldo: Corc Maykl, Elton Con, Fil Kollinz, Eric Prydz, Swedish House Mafiadı

“Qızıl oğlan” həmişə zirvəni hədəflədiyi kimi qulaq asdığı musiqilər də ulduz ifaçılara məxsusdu. Corc Maykl, Elton Con, Fil Kollinz - adlar hər şeyi deyir. Kriştinin bir zəif cəhəti də var: elektron musiqi. Portuqaliyalının fikrincə, ən yaxşı di-ceylər Eric Prydz və Swedish House Mafiadı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm