İdman
“Harada görünüb ki, bunun üçün kiməsə pul verilsin”
14-cü turda keçirilən "Simurq" - "Qarabağ" matçının canlı yayımlanmaması böyük narazılıqla qarşılandı.
Hər kəs bu məsələdə çempionatın yayım hüququna malik "İdman Azərbaycan"ı qınadı. Amma sən demə, oyunun yayımlanmasında ən azı "Simurq" da "İdman Azərbaycan" qədər maraqlı olmayıb.
Mətbuatda yayılan məlumata görə, yayım müqaviləsinə görə, əgər "İdman Azərbaycan" hansısa oyunu canlı yayımlaya bilməsə, o zaman ev sahibi olan klub özü istənilən bir başqa telekanalla danışıb oyununun yayımlanmasına nail ola bilər.
Deməli, Zaqatala klubu istəsəydi, başqa bir telekanalla danışıb, oyunun canlı yayımına nail ola bilərdi. Ən azı PFL onlara bu hüququ verib.
Məsələ ilə bağlı “Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.
Publika.az-a danışan klubun rəsmisi yayılan bu xəbəri gülünc adlandırdı:
“Dünyanın hansı ölkəsində görünüb ki, klub öz oyununun yayımlanması üçün kiməsə pul versin. Sonra da klubları peşəkar olmamaqda günahlandırırlar. Klubun internet televiziyası var. Oradan da oyun yayımlandı. Baxmaq istəyənlər, internet televiziyadan baxdı”.
Aygün İlqarqızı
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu