• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Allah bəlanızı versin”, yoxsa verməsin?

  • İdman
  • 2 Dekabr 2014 13:24
  • 669 Baxış
“Allah bəlanızı versin”, yoxsa verməsin?

Türkiyə Superliqasının 11-ci turunda 2:2 başa çatan "Fənərbaxça" - "Əskişəhərspor" qarşılaşmasında Əmrə Belözoğlu köməkçi hakim Ekrem Kana "Allah bəlanızı versin" dediyinə görə meydandan qovulmuşdu.

Publika.az xəbər verir ki, sonradan onun hakimə “Allah bəlanızı verməsin” dediyi irəli sürüldü. İndi Əmrənin neçə matçlıq cəza alacağı müzakirə mövzusudur.

Türkiyə mətbuatının iddiasına görə, söyüş və təhqirdən cəza almaması gözlənən Əmrə bir oyunluq diskvalifikasiya ilə canını qurtara bilər.

Hakim Tolqa Özkalfa da matçdan sonra Əmrə ilə danışıb. Hakim futbolçuya “Sözlərini təhqir olaraq qəbul etdik” deyib.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR