• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AFFA “Neftçi” və “Simurq”u cəzalandırdı

  • İdman
  • 2 Dekabr 2014 15:09
  • 330 Baxış
AFFA “Neftçi” və “Simurq”u cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının sonuncu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Premyer Liqanın 14-cü turunun "Neftçi" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın 14-cü turunun "Simurq" - "Qarabağ" matçının 60-cı dəqiqəsində ev sahiblərinin azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə, klub 2000 manat cərimə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR