• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Barsa” 115 illik ənənəni pozur

  • İdman
  • 2 Dekabr 2014 16:24
  • 717 Baxış
“Barsa” 115 illik ənənəni pozur

“Barselona” forma dəyişikliyinə hazırlaşır.

Publika.az xəbər verir ki, tarix boyunca şaquli xətli formalardan istifadə edən Kataloniya klubu 2015/16 mövsümündə ilk dəfə üfüqi xətli formalara keçərək bir ilkə imza atacaq.

Klubun 115 illik tarixi boyunca ilk dəfə belə bir forma dizaynından istifadə olması da İspaniya mətbuatında gündəm yaradıb.

Formanın ön tərəfində klassik "Barselona" rəngləri - “tünd qırmızı-göy”, kürək tərəfində isə Kataloniya bayrağını təmsil edən rənglər - “sarı-qırmızı” rənglərdən istifadə ediləcək. Şort isə tamamilə göy rəngdə olacaq.

1998-ci ildən bu yana ikirəngli və şaquli xətli formalardan istifadə edən "Barselona"nın bu inqilabi qərarı indidən böyük əks-səda doğurub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR