Millimizin futbolçusu karyerasını bitirir?
Bizi izləyin

İdman

Millimizin futbolçusu karyerasını bitirir?

"Qəbələ" klubunun müdafiəçisi Vladimir Levin karyerasını bitirə bilər.

Publika.az xəbər verir ki, milliləşdirilmiş futbolçu iki ay əvvəl aldığı zədəsini sağaltmağa çalışsa da, buna nail ola bilmir.

Levinin durumu ilə bağlı "Qəbələ"nin rəisi Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səfiyarlı Levinin vəziyyətinə ilin sonunda aydınlıq gələcəyini bildirdi:

"Futbolçunun dizində zədəsi var. Hazırda müalicə alır. Dekabrın sonunda vəziyyəti düzəlməsə, karyerasını bitirə bilər".

Vladimir Levin ölkəmizdə 2005-ci ildən çıxış edir. 2005-13-cü illər aralığında Bakı "İnter"inin şərəfini qorumuş futbolçu keçən ildən "Qəbələ"nin uğurları üçün çalışır.

Levin 2008-ci ildən millimizin də şərəfini qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm