Klopp əsəbiləşdi:“Gedin, “Bavariya”ya azarkeşlik edin”
Bizi izləyin

İdman

Klopp əsəbiləşdi:“Gedin, “Bavariya”ya azarkeşlik edin”

Dortmund “Borussiya”sının hazırki vəziyyətinə acımamaq olmur. İki il əvvəl Çempionlar Liqasının finalında oynayan bir komanda bu gün Bundesliqada autsayderdir. Səbəb nədir? Bilinmir. Yürgen Klopp isə komandasını tənqid edənləri başa duşmədiyini bildirir.

Publika.az xəbər verir ki, Almaniyanın məşhur “Bild” nəşrinə danışan Klopp vəziyyətə aydınlıq gətirməyə çalışıb və sonda əsəblərinə hakim ola bilməyib. O, uğursuzluqla razılaşmayan azarkeşlərə unikal variant təklif edib:

“İndiki vəziyyətə düşəcəyimizi heç təxmin etməzdim. Amma son iki-üç həftədə daha təəccüblənmirəm. Zədələr, buraxdığımız gülməli qollar adi hala çevrilib. Amma mən çətinə düşən kimi istefa verən məşqçilərdən deyiləm. Ya əlimdən gələni edirəm, ya da heç nə etmirəm. “Borussiya”ya lazım olduğum müddətdə burda olacam. Mən mübarizəm. İndi 2012-ci ildəkindən də yaxşıyam. Baxmayaraq ki, turnir cədvəlində bu, hiss olunmur.

Azarkeşlərin komandamızı fitə basmasını anlayışla qarşılayıram. Amma bunu edənlər özlərinə sual versinlər: fit komandaya müsbət təsir edəcəkmi? Tənqidlər heç bir bəhrə verməyəcək. Sizə təkcə uğur lazımdısa, onda alternativsiz variant təklif edirəm: “Bavariya”ya azarkeşlik edin. O zaman həmişə xoşbəxt olacaqsız”.

“Borussiya” Bundesliqada 13 turdan sonra turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm