Ronaldinyo: “Ronaldo fantastikdir, amma...”
Bizi izləyin

İdman

Ronaldinyo: “Ronaldo fantastikdir, amma...”

Lionel Messinin sabiq oyundaşı, Braziliya futbolunun canlı əfsanələrindən sayılan Ronaldinyo “Qızıl top”un kimə verilməli olduğunu dəqiq bilir.

Publika.az xəbər verir ki, “final üçlüyü”nə düşənlərin adları (Ronaldo, Messi və Noyer) məlum olandan sonra “Ballon d`Or” mövzusu daha da aktuallaşıb.

Dünya mətbuatında qeyri-rəsmi təbliğat xarakterli açıqlamalar gündən-günə artır. Ronaldinyo da fikrini bildirib. Amma alman qapıçı Manuel Noyerdən ümumiyyətlə danışmayıb:

“Barselona”da oynayarkən bir neçə futbolçuyla birlikdə ovaxtki baş məşqçi Frank Raykarddan Messini əsas komandanın məşqlərinə götürməsini xahiş etmişdik. Ronaldo? Mükəmməl futbolçudu. Amma Messi sehrbazdı”.

“Qızıl top”un 2014-cü il üçün laureatının adı gələn il yanvarın 12-də Sürixdə təşkil olunacaq qala-gecədə açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm