Gözlənilən təyinat - Millimiz Prosineçkiyə tapşırıldı
Bizi izləyin

İdman

Gözlənilən təyinat - Millimiz Prosineçkiyə tapşırıldı

Bu gün AFFA-da İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Gündəlikdə duran əsas məsələlərdən biri millimizin baş məşqçisinin təsdiqlənməsi olub.

Publika.az xəbər verir ki, gözlənildiyi kimi, Azərbaycan yığmasının baş məşqçi postu 45 yaşlı xorvatiyalı mütəxəssis Robert Prosineçkiyə tapşırılıb. 45 yaşlı mütəxəssis Berti Foqtsun boşaltdığı postda təsdiqlənib. Onunla üçillik müqavilə imzalanıb.

İK-in iclasından sonra mətbuat konfransı keçirilib. Mətbuat konfransında ilk olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib. Daha sonra Abdullayev yığmanın futbolkasını millimizin yeni baş məşqçisinə hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm