• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Prosineçki bu dəfə baş məşqçi kimi danışdı: “Millinin gələcəyinə inanıram”

  • İdman
  • 3 Dekabr 2014 14:46
  • 442 Baxış
Prosineçki bu dəfə baş məşqçi kimi danışdı: “Millinin gələcəyinə inanıram”

Robert Prosineçki millimizin "sükanı arxasında" ilk açıqlamasını verib.

Publika.az xəbər verir ki, xorvat çalışdırıcı millimizin potensialına inandığını bildirib:

* Bir müddətdi burdayam. Həm ölkənizdən, həm futbolunuzdan razıyam. Milli komanda gələcək üçün inam yaradır. Azərbaycan və insanları gözəldi. İşlədiyim dövrdə burda qalacam. Mətbuatla həmişə yaxın münasibətdə olacam. Nə vaxt istəsəz, suallarınızı mənə ünvanlaya biləcəksiz.

* Məşqçilər korpusu ilin sonunadək məlum olacaq. Yerli məşqçilərlə tez-tez ünsiyyət saxlayacam.

* Millinin gələcəyinə inanıram. Ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Amma bu bizim işimizdi. Maltayla oyuna qədər bu problemi aradan qaldırmalıyıq.

* İtaliya və Xorvatiya kimi komandaları məğlub edə bilməsək belə, yaxşı nəticə qazanmağa çalışacağıq.

* Hücum futboluna üstünlük verəcəm. Burda yaxşı texnikaya sahib futbolçular var.

* Azərbaycan millisi bu günə kimi müdafiə futbolu oynayıb. Artıq hücumda da oynamağı öyrənməyin vaxtıdı.

* Əsasən gənclərə üstünlük verəcəm. Ancaq təcrübəli oyunçulara da yer verəcəm. Aşağı yaş qrupları üzrə yığmalara da nəzarət edəcəm. Çalışacam bütün komandalara oyun fəlsəfəmi tətbiq edim.

* İlin sonuna qədər burdayam. Klubların boş vaxtı olsa, futbolçularla görüşəcəm. Klubların təlim-məşq toplanışlarında iştirak edəcəm. Təlim-məşq toplanışlarını və yoldaşlıq oyunlarını təqvimə uyğun təşkil edəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR