PFL-in təxribatı-“Qardaş”lar səhv salındı
Bizi izləyin

İdman

PFL-in təxribatı-“Qardaş”lar səhv salındı

PFL-in təxribatı-“Qardaş”lar səhv salındı

Azərbaycan Premyer-Liqasında çıxış edən “İnter”lə “Simurq”un “qardaş” klublar olduğu heç kimə sir deyil.

Klublar eyni mənbədən maliyyələşirlər. Bu, qaydalara zidd olsa da, AFFA buna göz yumur. Klublar isə ciddi-cəhdlə “qardaş” olduqlarını danırlar.

Azərbaycanda çox məşhur olan “dil çaşar, düz danışar” məsəlini Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan məlumata şamil etmək olar. Məsələ burasındadır ki, atalar məsəlini şamil etdiyimiz məlumat məhz “qardaş” klublara aiddi.

Publika.az xəbər verir ki, PFL-in rəsmi saytı çempionatın 21-ci turu ilə bağlı informasiya yayıb. 21-ci turda üz-üzə gələcək "qardaş” klubların-“İner”lə “Simurq”un loqoları dəyişik yerləşdirilib.

Təsadüfdü? Nədənsə, iş bu klublar arasındakı münasibətlərə gələndə təsadüflər çox olur... PFL-in saytının da bu iki klubu səhv salması... Ya təxribatdı, ya da…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm