Millimiz İngiltərə və Fransayla eyni qrupda
Bizi izləyin

İdman

Millimiz İngiltərə və Fransayla eyni qrupda

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi baş tutub.

Publika.az xəbər verir ki, AÇ-də mübarizəni davam etdirən millimiz də daxil olmaqla 28 komanda 7 qrupa bölünüb.

2015-ci ilin yazında keçiriləcək və iyunun 3-dək başa çatacaq elit-raundda millimiz 7-ci qrupda mübarizə aparacaq. Komandamız İngiltərə, Fransa, Danimarka ilə eyni qrupda çıxış edəcək. Qrupun oyunlarına ev sahibliyi edəcək ölkə isə hələ ki, müəyyənləşməyib.

Elit-raunddan yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq. Həlledici oyunlara Yunanıstan ev sahibliyi edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm