Rövnəq Abdullayevin qurumunda tapşırıqla iş görülür?
Bizi izləyin

İdman

Rövnəq Abdullayevin qurumunda tapşırıqla iş görülür?

Dörd ildən çoxdur ki, Azərbaycanda çalışan Nikolay Adam ortaya qoyduğu işlə hamının rəğbətini qazanıb. AFFA-nın nəzdində UEFA-nın “B” və “A” kateqoriyalı məşqçi lisenziyaları üzrə təhsil verən alman mütəxəssis intizamı, savadı ilə özünü ən yaxşı tərəfdən göstərmişdi.

Kurslarda iştirak eləyənlərin dediklərinə görə, bu illər ərzində Nikolay Adam heç kimə tapşırıq əsasında lisenziya verməyib. Zaman-zaman AFFA rəhbərliyindən ona təzyiq olsa da, Adam əmək haqqını UEFA-dan aldığı və yerli futbol qurumuna heç bir tabeçiliyinin olmadığını əsas gətirərək belə işlərə qol qoymayıb.

Lakin son yarım ildə eşitdiklərimiz bizi də məyus eləməyə başlayıb. Mətbuatda yayılan iddiaya görə, illərdir işi ilə seçilən Nikolay Adam da artıq AFFA rəhbərliyinin tapşırıqlarını dinləməyə başlayıb. Son vaxtlar məşqçilik lisenziyası alanların siyahısına da baxsaz, burada savadı çox aşağı olan, heç bir intellektual səviyyəyə malik olmayanların adlarına rast gələrsiz.

Savadlı, intizamlı, işinə vicdanla yanaşan alman mütəxəssisin bu duruma necə salındığının təfərrüatlarını bilmirik. Ola bilər ki, AFFA onu U-19 yığmamızdakı fəaliyyətinə görə asılı vəziyyətə salıb. Çünki Adam millidəki işinə görə maaşı UEFA-dan yox, məhz AFFA-dan alır.

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq.

Publika.az-a danışan qurumun rəsmisi xəbəri təkzib edib:

“Tamamilə yanlış məlumatdır. Kiminsə bu barədə iddiası varsa, dəlillərlə buyurub gələ bilər. Yenə deyirəm dezinformasiyadır”.

Qeyd edək ki, Nikolay Adam AFFA-da kateqoriya dərsləri deməklə yanaşı, həm də U-19 millimizin baş məşqçisidir. Yığmamız onun rəhbərliyi altında elit mərhələyə yüksələ bilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm