Ata məğlub olan tennisçi qızını meydanda şillələdi
Bizi izləyin

İdman

Ata məğlub olan tennisçi qızını meydanda şillələdi

Rumıniyalı tennisçi Andrada Surdenaunun atası 300 avro məbləğində cərimələnib.

Məsələ ondadır ki, idmançının atası onu bütün beynəlxalq yarışlarda müşayiət edib.

Ancaq İsraildə keçirilən beynəlxalq turnir zamanı insindent baş verib.

Andradanın məğlubiyyətini həzm edə bilməyən ata qızını elə kort meydançasındaca şillələyib. Bu isə həm tamaçaçıların həm də jurnalistlərin etirazına səbəb olub. 16 yaşlı idmançının burnundan qan açılıb.

Bəzi mətbu orqanlarda Andradanın burnunun qırıldığı yazılsa da, bu xəbər təsdiqini tapmayıb.

Andrada özü isə olanlardan peşmanlıq keçirdiyini deyib:

“Özüm günahkaram, atam mənim uğurlarım üçün çox əziyyət çəkib. Mənsə boşluq etdim, onun zəhmətini yerə vurdum. Onu çox istəyirəm”.

Buna baxmayaraq, Beynəlxalq Tennis Federasiyası Andrada Surdenaunun atasına qızını turnirlərdə müşayiət etməsinə qadağa qoyub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm