Türkiyənin ən çox qazanan məşqçisi xorvatdır
Bizi izləyin

İdman

Türkiyənin ən çox qazanan məşqçisi xorvatdır

Türkiyə Superliqasında ən çox qazanan məşqçilər bəlli olub.

Publika.az xəbər verir ki, Türkiyə klublarında ən çox qazanan məşqçi "Beşiktaş"ın çalışdırıcısı Slaven Biliçdi.

Son günlərdə həm Superliqada, həm də Avropa Liqasında işləri qaydasında gedən Biliçin illik gəliri 1 milyon 600 min avrodu. Xorvatiyalı birinciliyi "Qalatasaray"ın sabiq çalışdırıcısı Çezare Prandelli klubdan göndərildikdən sonra ələ keçirib. İtalyan çalışdırıcının "cim-bom"dakı illik gəliri 2 milyon 295 min avro idi. Maraqlıdı ki, "aslanlar"ın hazırkı çalışdırıcısı Hamza Hamzaoğlu klubda ilə 410 min avro qazanacaq.

Türkiyənin digər böyük klublarından "Trabzonspor"un çalışdırıcısı Ərsun Yanal ilə 1 milyon 470 min, "Fənərbaxça"lı İsmayıl Qartal isə 815 min avro qazanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm