Evinə gedərkən kərpiclə başına vurub öldürdülər – FOTO
Bizi izləyin

İdman

Evinə gedərkən kərpiclə başına vurub öldürdülər – FOTO

Azarkeşlər hər dəfə yaratdıqları problemlərlə diqqət çəkiblər.

Publika.az xəbər verir ki, Argentinada futbol azarkeşləri qalmaqala səbəb olacaq bir hadisə törədiblər. Bu dəfə "Çakariti” klubunun fanatları cinayətə əl atıblar. Hadisə Argentinanın 3-cü divizion klubları "Çakariti” və "Tiro Federal de la Roka”nın oyununda baş verib. Belə ki, meydan sahiblərinin azarkeşləri rəqib komandanın futbolçusunu öldürüblər.

Matçın sonuna 15 dəqiqə qalmış hakim futbolçular arasında yaranan davaya görə oyunu dayandırmalı olub. Nəticədə rəqibin futbolçusu Antonio Nieto meydandan qovulub.

Hadisə isə futbolçu evə getmək istəyərkən baş verib.

Belə ki, Antonio Nieto matçdan sonra maşını ilə evinə getmək istəyərkən "Çakariti” azarkeşlərinin hücumuna məruz qalıb. Azarkeşlər Nietoya müxtəlif xəsarətlər yetiriblər. Ən dəhşətlisi isə kərpiclə vurulması olub.

Azarkeşin atdığı kərpic futbolçunun başına dəyib. Zərbə nəticəsində Antonio huşunu itirib. Xəstəxanaya çatdırılan futbolçu bir neçə gün sonra orada dünyasını dəyişib.

Hadisəni törədən şəxs isə polis tərəfindən həbs olunub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm