Azərbaycanlı qapıçının Almaniyada məşqi - VİDEO
Bizi izləyin

İdman

Azərbaycanlı qapıçının Almaniyada məşqi - VİDEO

"Neftçi"nin qapıçısı Emil Balayev artıq bir müddətdi Almaniya "Ayntraxt"ının (Frankfurt) heyətində baxışdadı.

Publika.az xəbər verir ki, futbolçu "Neftçi"nin rəsmi saytına dekabrın 12-nə qədər "Ayntraxt"ın düşərgəsində qalacağını deyib:

"Artıq 10 gündü ki, "Ayntraxt"ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burda özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək "Ayntraxt"ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra "Neftçi"nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı Bundesliqada davam etdirəcəm".

Emil Balayevin "Ayntraxt"ın düşərgəsindəki məşqindən videogörüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm