Biabırçılıq: Bizdə futbolu kimin üçün oynayırlar?
Bizi izləyin

İdman

Biabırçılıq: Bizdə futbolu kimin üçün oynayırlar?

Azərbaycan kubokunun 1/8 final mərhələsindəki azarkeş sayı məlum olub.

Publika.az xəbər verir ki, kubok oyunlarına azarkeş marağı az olub. Mərhələnin 7 oyununu cəmi 1900 (!) azarkeş izləyib.

1/8 finalın ən çox azarkeş toplayan oyunu "Simurq" - "Rəvan" (6:0), ən az isə "Qarabağ" - MOİK (4:2) və "Neftçala" - AZAL (1:2) matçları olub. Zaqatalada baş tutan oyunda 500, "Dalğa Arena" və Nəriman Nərimanov adına Neftçala şəhər stadionundakı oyunda isə cəmi 100 azarkeş tribunalarda olub.

Digər oyunlardan "Şahdağ" - "İnter" (0:3) oyununu 200, "Neftçi" - "Qaradağ Lökbatan" (3:0) oyununu 300, "Qəbələ" - "Ağsu" (3:0) və "Sumqayıt" - "Bakı" (0:0, p-3:4) görüşünü isə 400 azarkeş izləyib.

1/8 final mərhələsinin oyunlarına orta hesabla 271 azarkeş gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm