• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiyalı məşqçi azərbaycanlı futbolçunu “təhdid etdi”

  • İdman
  • 4 Dekabr 2014 18:35
  • 543 Baxış
Rusiyalı məşqçi azərbaycanlı futbolçunu “təhdid etdi”

Rusiyanın gənclərdən ibarət yığma komandasının məşqçisi Dmitri Хомуха AFFA-nın Rusiya Futbol İttifaqı ilə apardığı danışıqlar barədə açıqlama verib.

Publika.az xəbər verir ki, Xomuxa "Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyevlə bağlı iki ölkənin futbol federasiyalarının danışıqlar aparmasından xəbərdar olduğunu bildirib:

"Bu danışıqlar haqqında bilirəm, amma dəqiq məlumata malik deyiləm. Futbolçu yalnız milli komandanın heyətində çıxış edərsə, başqa ölkəni seçə bilməz. Ancaq indi Ayazın seçim imkanı var. Özü bu barədə qərar qəbul edəcək.

Ayaz mənə məsləhət üçün müraciət etsə, ona xatırladacam ki, Azərbaycan millisində çıxış edərsə, Rusiyada legioner sayılacaq. Və nəticədə digər legionerlərlə rəqabət aparmalı olacaq. Belə olan təqdirdə, ona komandanın əsas heyətində oynamaq çətin olacaq. Əlbəttə, mən istəyirəm ki, o, Rusiya vətəndaşı kimi qalıb milli komanda səviyyəsinə yüksəlsin".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR