Yəhudi xofu dünya çempionunu qorxutdu: Əvvəl dedi, sonra sözünü “yedi”
Bizi izləyin

İdman

Yəhudi xofu dünya çempionunu qorxutdu: Əvvəl dedi, sonra sözünü “yedi”

Fransa millisinin sabiq üzvü Emmanuel Peti ictimaiyyətdən üzr istəyib.

Publika.az xəbər verir ki, ötənlərin futbolçusu fransızların ünvanına qalmaqallı sözlər işlətdiyi üçün üzrxahlıq edib. O, azarkeşlərin sabiq oyundaşı Tyerri Anriyə qarşı ədalətsiz olduğunu deyərək, fransızları “özündənrazı, saxtakar və ikiüzlü” adlandırmışdı. Onun son fikirləri isə odun üstünə yağ tökmüşdü: “Hərdən fikirləşirəm ki, kaş o vaxt buranı almanlar zəbt edəydi”.

Vəziyyətin ciddiliyini anlayan Peti dərhal üzr istəyib:

“Mən tarixi məqamları qabartmaqla axmaqlıq etmişəm. Yəhudilərdən və müharibə iştirakçılarından üzr istəyirəm. Düzgün müqayisə etməmişəm. Mən sadəcə olaraq Anrini vida oyunundan məhrum etməyin düzgün olmadığını bildirmək istəmişəm. Bir də ona dəyər verməyənləri söymüşəm. Axı Anri Fransa futbol tarixinin ən yaxşı hücumçusu olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm