İdmançılarımız 4 medal qazandı
Bizi izləyin

İdman

İdmançılarımız 4 medal qazandı

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində taekvondo üzrə ənənəvi “Cup of Elbrus” Beynəlxalq turniri keçirilir.

Azərbaycan Taekvondo Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan idmançılarından Fizam Mehdiyev (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın ikinci günündə Röya Süleymanova (26 kq) qızıl, Gülsüm Həsənzadə (28 kq) gümüş, Kənan Məmmədov (26 kq) isə bürünc medal qazanıblar.

Ölkəmiz turnirdə 21 taekvondoçu ilə təmsil olunur.

İdmançılarımız beynəlxalq turnirə baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm