“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib
Bizi izləyin

İdman

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib

Dekabrın 3-4-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, MOK-un və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-in icraiyyə komitəsinin üzvü Könül Nurullayeva, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi Mehman Kərimov və digərləri iclasda iştirak ediblər.

İclasda MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatını təqdim edib.

Sonra Azərbaycan Milli Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov İslam ölkələrinin taekvondo çempionatının gələn ilin aprelində Bakıda keçirilməsi ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Könül Nurullayeva və Mehman Kərimov tərəfindən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib.

Tədbir çərçivəsində, eyni zamanda, Azərbaycan Milli Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərovun təşəbbüsü ilə idmanın bu növünün IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması və gələn il cüdo üzrə test yarışının keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Assambleyada İslam Həmrəylik İdman Federasiyasının prezidenti vəzifəsinə Şahzadə Abdulla Bin Mossad Bin Abdulaziz seçilib. O, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Olimpiya Komitəsinin yeni prezidenti təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm