Tanınmış jurnalistə unitaz bağışladılar
Bizi izləyin

İdman

Tanınmış jurnalistə unitaz bağışladılar

BATE azarkeşləriylə tanınmış şərhçi Vasili Utkin arasında münasibətlər gərgin olaraq qalır.

Publika.az xəbər verir ki, tərəflər arasında ilk fikir ayrılığı 2011-ci ildə yaranmışdı. Ovaxtkı baş məşqçi Viktor Qonçarenko BATE - “Barselona” oyununda meydana ikinci heyəti buraxdığı üçün Utkin onu “kartof ürəkli” adlandırmış və cəhənnəmdə yanmasını arzulamışdı.

Bu yaxınlarda rus şərhçi yenə dilini dinc qoymayıb. Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”a 0:7 hesabıyla uduzan Borisov klubunu “iynələyib”.

Onun bu davranışları BATE fanatlarını özündən çixarıb və onlar da Utkinə ikiqat unitaz hədiyyə edib. Bu barədə rusiyalı jurnalist şəxsi “tvitter” hesabında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm