Peleylə ömürlük müqavilə bağladılar
Bizi izləyin

İdman

Peleylə ömürlük müqavilə bağladılar

Braziliyanın “Santos” klubu sabiq futbolçusu, “Futbol kralı” Pelenin obrazından istifadə etmək üçün onunla ömürlük müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında bəyanat yerləşdirilib. Bəyanatda deyilir:

“Klub Pelenin obrazından marketinq kampaniyalarında istifadəni davam etdirəcək. Müqavilə Pele və “Santos” kimi iki brendin həmişəlik birləşməsini təmin edəcək. Ümid edirik ki, bu anlaşma həmişəlik olacaq. Yeni müqavilə “Santos”un bütün dünyada populyarlaşması baxımından vacibdi. Çünki Pele klub tarixində bütün dövrlərin dahi futbolçusu olub”.

Noyabrın 24-də səhhətində problemlər yaranan “Futbol kralı” xəstəxanaya yerləşdirilmişdi. Hazırda braziliyalı futbol əfsanəsinin yaxşılaşdığı deyilir. Amma o, hələ də San-Paulu klinikalarından birində nəzarət altında saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm