“Arsenal” fanatı “Liverpul”un azarkeşini öldürdü
Bizi izləyin

İdman

“Arsenal” fanatı “Liverpul”un azarkeşini öldürdü

“Arsenal” fanatı “Liverpul”un azarkeşini öldürdü

İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” “Arsenal”ı 5:1 hesabı ilə məğlub etdi. Bu məğlubiyyət “topçular”ın bütün dünyadakı azarkeşlərinə də pis təsir edib.

Publika.az xəbər verir ki, Keniyanın Meru şəhərində emosiyalarına hakim ola bilməyən “Arsenal” fanatı bıçaqla “Liverpul” azarkeşinə xəsarət yetirib. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, Keniyada ilk belə hadisə deyil. 2013-cü ildə “MY” fanatı sevimli komandasının öz meydanında “Nyukasl”a məğlub olmasına (0:1) dözməyərək, intihar etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm