• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“İnter” istedadlı holland futbolçuyla anlaşdı

  • İdman
  • 5 Dekabr 2014 18:11
  • 380 Baxış
“İnter” istedadlı holland futbolçuyla anlaşdı

"İnter" heyətini hollandiyalı futbolçuyla gücləndirib.

Publika.az xəbər verir ki, söhbət Yusef Feniçdən gedir.

21 yaşlı futbolçunun sənədləri PFL-ə təqdim olunub. 22 nömrəli formanı seçən Yuseflə 2017-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Feniç əvvəllər "Hofdrop", "Ayaks", "Herenven" və "Zvolle"nin aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Daha sonra "Zvolle"nin əsas komandasına cəlb edilən futbolçu burada sadəcə bir oyunda iştirak edib.

Yarımmüdafiəçi Hollandiyanın U-17 millisinin heyətində də beş oyunda meydanda olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR