İdman
Azərbaycanın və Braziliyanın Milli Paralimpiya komitələri əməkdaşlıq memorandumu imzaladı
Dekabrın 5-də Milli Olimpiya Komitəsində Azərbaycanın və
Braziliyanın Milli Paralimpiya komitələri arasında əməkdaşlıq
haqqında memorandum imzalanıb.
Publika.az-ın məlumatına görə, memorandumu komitələrin
prezidentləri İlqar Rəhimov və Endrü Parson imzalayıblar.
Bu sənədin əhəmiyyətini yüksək qiymətləndirən İlqar Rəhimov
bildirib ki, E.Parsonun ölkəmizə səfərinin əsas məqsədi iki ölkənin
paralimpiya komitələri arasında əməkdaşlığın əsasını qoymaq, onu
rəsmiləşdirməkdir. O, memorandumun əməkdaşlığın inkişafına geniş
imkanlar açacağını diqqətə çatdırıb.
Qeyd edilib ki, 1996-cı ildən fəaliyyət göstərən Azərbaycan Milli
Paralimpiya Komitəsi ötən dövrdə idman sahəsində qazanılan
nailiyyətlərlə bərabər, beynəlxalq əlaqələrin qurulması
istiqamətində də mühüm uğurlara nail olub. Bu günə qədər bir neçə
ölkənin paralimpiya komitələri ilə əməkdaşlıq sazişinin
imzalandığını vurğulayan İ.Rəhimov deyib: “Bu memorandumda hər iki
komitə arasında texniki əməkdaşlıq məsələləri əksini tapıb. Məqsəd
paralimpiya hərəkatının həm ölkədə, həm də dünyada inkişafına,
idmançıların hazırlanmasına, onların yüksək nəticələr
göstərmələrinə dəstək vermək, birgə fəaliyyət göstərməkdir”.
Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya
Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro
Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin
inteqrasiya üzrə komitəsinin sədri Endrü Parson imzalanan sazişin
əməkdaşlığı daha da möhkəmləndirəcəyini bildirib. Rəhbərlik etdiyi
komitənin qonşu ölkələrlə yanaşı, Azərbaycan ilə də əməkdaşlıqda
maraqlı olduğunu bildirən qonaq deyib: “Bu əməkdaşlıq bizim üçün
böyük əhəmiyyət kəsb edir. Bir-birimizdən öyrənə biləcəyimiz çox
məsələ var. Əminəm, bu əməkdaşlıq uğurla davam edəcək”.
Səfər çərçivəsində Azərbaycanın tarixi, paytaxtın görməli yerləri
ilə tanış olduğunu bildirən qonaq ölkəmizin sürətlə inkişaf
etdiyini bildirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
çox böyük uğurlar qazanıb.
Tədbirdə paralimpiya üzrə mötəbər beynəlxalq yarışların qalibləri,
müxtəlif növlər üzrə baş məşqçilər, idmançılar, Gənclər və İdman
Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak
ediblər.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."