Bukmeker 9 futbolçunun karyerasını məhv elədi
Bizi izləyin

İdman

Bukmeker 9 futbolçunun karyerasını məhv elədi

Estoniya futbol İttifaqı bukmeker fırıldağında şübhəli bilinən futbolçuları diskvalifikasiya edib.

Publika.az xəbər verir ki, 26 futbolçu müxtəlif müddətli cəzalara məruz qalıb. Doqquz nəfər isə ömürlük futboldan uzaqlaşdırılıb.

Bu barədə Estoniya futbolunun rəhbəri Ayvar Poxlak açıqlama verib:

«Araşdırma zamanı dəqiq faktlarla qarşılaşdıq. Hələ indiyə kimi Estoniya futbolunda belə böyük araşdırma aparılmamışdı. Məlum oldu ki, 2009-2012-ci illər aralığında Estoniya çempionatının və kubokunun, Estoniya gənclər yığmasının bəzi oyunlarının nəticəsi əvvəlcədən müəyyənləşdirilib və müəyyənləşdirilməyə cəhd göstərilib».

Oxumağa davam et
Reklam
Reklam

Gündəm