Şok! Millimizin futbolçusu Ukraynada fırıldaqçılıq edir, “bomj” kimi yaşayır - Fotofakt
Bizi izləyin

İdman

Şok! Millimizin futbolçusu Ukraynada fırıldaqçılıq edir, “bomj” kimi yaşayır - Fotofakt

Bir vaxtlar Azərbaycanın perspektiv vəd edən futbolçularından biri kimi vuğulanan Elvin Nuriyevin futbol adlı səhnəyə gəlişi qəfil olduğu kimi, gedişi də qəfil, səssiz oldu. 4-5 il əvvəl Ukraynada özünə “Metallurq” adlı klub tapan həmyerlimiz vətəni tərk edib və o vaxtdan bəri onun haqda heç bir xəbər çıxmamışdı.

Elvin Azərbaycan çempionatında zəifdən tutmuş güclüyə kimi bir neçə klubda çıxış edib: "Şəfa", "MKT-Araz", "Karat", "Gənclərbirliyi", "İnter", "Bakı"... O, "Şəfa"nın yetirməsi olub və ilk baş məşqçisi Əsgər Abdullayevdi.

Elvin üç oyunda Azərbaycan millisinin formasını geyinməyə də imkan tapıb. O, sonuncu dəfə 2006-cı ildə Türkiyə millisiylə Bakıda keçirilən yoldaşlıq görüşündə milli formada meydana çıxıb. Elə həmin oyun da Nuriyevin karyerasına ciddi təsir göstərib. Yarımmüdafiəçinin ayağı qırıldığı üçün matçı yarımçıq tərk etmişdi.

Hazırda 31 yaşı olan Elvin o vaxt Ukraynaya yeni gedəndə ayağının qırılması məsələsindən belə danışmışdı: "Bu, futbol həyatımda ikinci nəfəsdi. Sanki yenidən doğulmuşam. Ayağım sındıqdan sonra bir daha geri dönməyəcəyimi düşünürdüm. Bir çox maddi və mənəvi problemlərlə üzləşdim. Amma Allaha şükürlər olsun ki, artıq tam sağalmışam. Azərbaycan futbolunu Ukraynada layiqincə təmsil edəcəyimi düşünürəm".

Nuriyevin yuxarıdakı açıqlaması təxminən 5 il əvvələ aiddi. O, futbol oynamağa getdiyi Ukraynadan geri qayıtmadı...

İndi isə Elvin haqda tükürpədici xəbərlər yayılıb. Publika.az komanda.az saytına istinadən xəbər verir ki, onun Odessada əsl fırıldaqçı kimi tanındığı söylənilir. Belə ki, Nuriyev gənc futbolçulardan pul alaraq, onlara "sizi Azərbaycan klublarına düzəldəcəm" vədi verir. Amma təbii ki, özündə yetərincə fırıldaqçıları olan Azərbaycan klublarına Ukraynadan heç kimin tanımadığı oyunçuları göndərmək vədi həmişə vəd olaraq qalır.

Elvin bir futbolçuya da eyni vədi verib, əvəzində ondan 600 dollar pul alıb. Nuriyev zəmanət üçün həmin oyunçuya hərbi biletini verib...

Azərbaycan millisinin sabiq futbolçusu özünü Odessada təkcə menecer kimi təqdim etmir. Onun orda ara-sıra satıcı işlədiyi də deyilir. Hətta "sizi filan kluba düzəldəcəm" deyib aldatdığı şəxslər tərəfindən bir neçə dəfə döyüldüyü də söylənilir. Hazırda Elvinin Odessada “bomj” kimi yaşadığı iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm