Ruslar ağıllanır, biz isə yox...
Bizi izləyin

İdman

Ruslar ağıllanır, biz isə yox...

Rusiya futbolu dəyişiklik astanasındadır.

Publika.az xəbər verir ki, Rusiya Futbol İttifaqı ölkə çempionatında tətbiq edilən limiti dəyişmək niyyətindədi. Artıq bu yöndə aparılan müzakirələr yekunlaşmaq üzrədi. Rusiya futbolunda limit bundan sonra 10+15 həddində olacaq.

Bu barədə məlumatı "Dinamo"nun müşahidə şurasının sədri, RFİ İcraiyyə Komitəsinin üzvü Sergey Stepaşin də təsdiqləyib. O bildirib ki, hazırkı limitlə rusiyalı futbolçuların inkişafına nail olmaq mümkün deyil:

"Yeni limitə görə, mövsüm ərzində hər bir komanda iştirak ərizəsinə 10 legioner, 15 yerli futbolçu daxil edəcək. Bu futbolçular da əsas heyətə düşmək üçün mübarizə aparacaqlar. Mən vətənpərvərəm, ancaq onu da bilirəm ki, rusiyalı futbolçuların əsas heyətdə yeri təmin olunsa, onlar inkişaf etməyəcəklər. Təmiz və sağlam rəqabət lazımdı. Onda inkişaf da olacaq. Belə olacağı təqdirdə futbolçulara verilən böyük pullarda da eniş olacaq. Böyük pullar təkcə rus futbolçuları “öldürmür”, əcnəbilərə də təsir edir".

Hazırda Rusiyada limit Azərbaycandakı kimi, 6+5-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm