İdman
“Real”lılar “Atletiko”nu təhqir etdi
"Real"ın texniki heyəti prinsipial rəqibləri "Atletiko"nu təhqir edən mahnı oxuyub.
Publika.az xəbər verir ki, onlar mahnını dekabrın 4-də Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin verdiyi nahar zamanı ifa ediblər. Nahar zamanı baş verənlər İspaniya telekanallarından birinin efirində göstərilib. Mahnının mətni təxminən belə olub:
"Bir sürü bədbəxt daim sızıldayır, natamamlıq kompleksi ilə yaşayırlar, azarkeşləri də onların həmişə ikinci olmasının öhdəsindən gələ bilmir. Mən bilirəm ki, bu, düzgün deyil, mən bilirəm ki, bu, pisdi, amma "Atletiko"nun yumurtaları yoxdu".
Ançelotti tədbirdə iştirak etdiyini təsdiqləsə də, mahnını eşitmədiyini bildirib. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Real"lıların hərəkətinə şərh verməkdən imtina edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!