Bu futbolçu 80 milyona dəyərmi?
Bizi izləyin

İdman

Bu futbolçu 80 milyona dəyərmi?

Braziliyada keçirilən dünya çempionatında vurduğu qolların hesabına daha çox “uzaqlar”a gedən futbolçu şübhəsiz ki, Kolumbiya millisinin üzvü Xames Rodriges oldu. “Real” kimi nəhəng klub gözünü qırpmadan 80 milyon avro ödəyərək onu Madridə gətirdi.

Təxminən 4 aydı ki, Xames “Kral klubu”nun şərəfini qoruyur. La Liqada 13 tur arxada qalıb və prinsipcə indi bu sualı vermək olar: Rodriges ondan gözləniləni artıqlaması ilə veribmi?

Dünyanın ən yaxşı klublarından birinə tez uyğunlaşan kolumbiyalı cari mövsümdə 23 rəsmi matçın hamısında forma geyinib. Bununla da o, baş məşqçi Karlo Ançelottinin əvəzedilməz oyunçusuna çevrilib.

Xames “Real”ın heyətində 9 qol, 8 məhsuldar ötürməylə yadda qalıb. Ümumi olaraq, 686 ötürmə verərək bu göstəricidə Toni Kroos və Serxio Ramosdan sonra 3-cü sırada yer alıb.

Kolumbiyalı hücumameylli yarımmüdafiəçini kobud oyunçu saymaq olmaz. Madridə gəldiyi gündən bu yana 2 sarı vərəqə alan Rodriges hələ ki, meydandan qovulmağa layiq hərəkət etməyib.

DÇ-2014-ə damğasını vuran və turniri qol kralı kimi tamamlayan kolumbiyalı ulduz Ceyms Rodriges çempionatdan sonra 80 milyon avroya "Monako'dan "Real"a transfer olunmuşdu. Hazırda “10 nömrə”ni layiqincə daşıyan kolumbiyalı ona ödənilən pulların havaya sovrulmadığını göstərməkdədi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm