Bakı-2015-in açılış mahnısını kim oxuyacaq?
Bizi izləyin

İdman

Bakı-2015-in açılış mahnısını kim oxuyacaq?

Bu gün Bakı-2015 Avropa oyunlarının açılış mərasimində çıxış edəcək ifaçılar üçün dinləmələrə start verilib.

Publika.az xəbər verir ki, dinləmələrdə açılış mərasimimin bədii direktoru Dmitris Papaioannou və Bakı-2015-in mərasimlər üzrə direktoru Katerin Uqvu da iştirak edib.

Papaioannou dinləmələrlə bağlı belə deyib:

"İfaçıların dinləmələrinə başladığımız üçün çox həyəcanlıyıq. Növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edirik".

Avropa oyunlarının açılış mərasimi gələn, iyunun 12-də olacaq. Mərasim Olimpiya stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm