Alman futbolçunun butsları 2 milyona satıldı
Bizi izləyin

İdman

Alman futbolçunun butsları 2 milyona satıldı

Braziliyada keçirilən dünya çempionatında Almaniya yığmasının qələbə qolunu vuran Mario Getsenin butsları satılıb.

Publika.az xəbər verir ki, Getsenin butsları nə az, nə çox, düz 2 milyon avroya satılıb. Futbolçu final oyununda geyindiyi butsları ötən həftə xeyriyyə məqsədi ilə hərraca çıxartmışdı. Getse hərracın nəticəsini belə şərh edib:

“Bu, inanılmazdı! Mən bunu ağlıma belə gətirə bilməzdim. 2 milyon avro. Bu, olduqca böyük məbləğdi”.

Almaniya dünya çempionatının finalında Argentina ilə qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdi. Götse meydana 88-ci dəqiqədə çıxmış, əlavə vaxtın 113-cü dəqiqəsində qələbə qolunu vurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm