Xorvatiya - Azərbaycan qarşılaşmasının tarixi açıqlandı
Bizi izləyin

İdman

Xorvatiya - Azərbaycan qarşılaşmasının tarixi açıqlandı

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb.

Publika.az xəbər verir ki, yığmamızın yer aldığı 2-ci qrupun oyunları gələn ilin 17-22 mart tarixlərində Bakıda keçiriləcək.

Azərbaycan U-17-si ilk oyununu martın 17-də Xorvatiyaya qarşı keçirəcək. İki gün sonra Portuqaliya ilə üz-üzə gələcək yığmamız son oyununu ayın 22-də Serbiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn ilin 6-22 may tarixlərində Bolqarıstanda keçiriləcək.

17 mart

Xorvatiya - Azərbaycan

Portuqaliya - Serbiya

19 mart

Portuqaliya - Azərbaycan

Serbiya - Xorvatiya

22 mart

Azərbaycan - Serbiya

Xorvatiya - Portuqaliya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm