“Mançester Yunayted” bu oyunçulara elçi düşüb - SİYAHI
Bizi izləyin

İdman

“Mançester Yunayted” bu oyunçulara elçi düşüb - SİYAHI

“Mançester Yunayted” heyətini gücləndirmək üçün gələn mövsümdə 100 milyon funt xərcləməyə hazırdır.

Publika.az xəbər verir ki, klub “Real”ın strategiyasını nümunə götürərək heyətini yüksək səviyyəli oyunçularla gücləndirmək niyyətindədir.

Məhdudiyyətsiz büdcə vəd edilən baş məşqçi Lui van Qal bu məqsədlə kluba yarımmüdafiəçi, sağ müdafiəçi, bir-iki mərkəz müdafiəçisi, cinah hücumçusu cəlb etmək istəyir. Van Qalın hədəfinə Kevin Strotman (“Roma”, 30 milyon funt), Mats Hummels (“Borusiya”, Dortmund 35 milyon funt), Diyeqo Qodin (“Atletiko”, 25 milyon funt), Dani Alveş (“Barselona”, 15 milyon funt), Aryen Robben (“Bavariya”, 40 milyon funt) daxildir.

Əgər “Mançester Yunayted” 43,5 milyon funta “Monako”dan Radamel Falkaonu ala bilsə, başqa bir hücumçu axtarmayacaq. Bu minvalla klubun son iki ildə transfer bazarındakı xərcləri 350 milyon funtu keçə bilər.

Bundan başqa, Lui van Qal bir neçə oyunçu ilə də vidalaşmaq niyyətindədir. Klubu tərk etməyə namizədlər sırasına icarə əsasında digər komandalarda oynayan oyunçular, xüsusən də Nani, Tom Kleverli, Xavyer Ernandes və başqaları daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm