Fənərbaxçanın Aleksi futbolla vidalaşdı - FOTO
Bizi izləyin

İdman

Fənərbaxçanın Aleksi futbolla vidalaşdı - FOTO

Fənərbaxçanın keçmiş kapitanı Aleks De Souza peşəkar futbolla vidalaşıb.

Publika.az-ın məlumatına görə, məşhur topqovan Koritiba - Bahia maçı ilə karyerasına nöqtə qoyub.

Aleks son matçına həyat yoldaşı və uşaqları ilə birlikdə çıxıb. Dianne De Souza meydana Aleks üçün xüsusi olaraq hazırlanan tişörtlərdən geyib.

Koritiba azarkeşləri klub üçün uzun illər xidmət göstərən futbolçunun yubiley matçına xüsusi maraq görstəriblər. Matçdan öncə meydançada təşkil edilən mərasimdə Koritiba bayrağı ilə yanaşı Fənərbaxçanın bayrağı da dalğalanıb. Mərasimdə futbol göstərdiyi xidmətlərə görə, Aleksə təşəkkür edilib və plaket verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm