
Türkiyə birinci liqasında 12-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" doğma meydanda "Giresunspor"la qarşılaşıb.
Meydana start heyətində çıxan Cavid, oyunun 66-cı dəqiqəsində hesab 1:1 olarkən komanda yoldaşı Atilla Yıldırım ilə əvəzlənib. Sonda "Elazığspor" daha bir qol buraxaraq 1:2 hesabıyla məğlub olub.
Türkiyə, PTT liqası, 12-ci tur
Elazığspor - Giresunspor 1:2
Erdinç Yavuz, 23 - Alican Karadağ, 62. Çiçulin, 83.