“Hafka”nın komandası oynamağa futbolçu tapmadı
Bizi izləyin

İdman

“Hafka”nın komandası oynamağa futbolçu tapmadı

Birinci divizionda maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, "Lokomotiv" oyunun ikinci yarısına çıxmayıb.

Belə ki, 1-ci divizionun 14-cü turunun "Ağsu" - "Lokomotiv" oyununun ilk yarısında meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Qonaq komanda ikinci hissəyə çıxmaqdan imtina edib.

Buna səbəb isə "Lokomotiv"in meydana buraxmağa 11 oyunçu tapmaması olub. Belə ki, komandanın heyətində ilk hissədə zədə alan futbolçular olub və onları əvəzləyəcək oyunçu olmadığından, komanda mübarizəni davam etdirmək istəməyib.

Xatırladaq ki, “Lokomotiv”Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”nın farm-klubu sayılır.

Matçla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm