“Odlar Yurdu Azərbaycan”la rekorda imza atacaq
Bizi izləyin

İdman

“Odlar Yurdu Azərbaycan”la rekorda imza atacaq

Titul sponsoru “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) olan "Atletiko"nun son illərdə əldə etdiyi uğurlarda böyük pay sahiblərindən olan Raul Qarsiya Çempionlar Liqasında - "Yuvetus"la oyunda tarix yazmağa hazırlaşır.

Publika.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Atletiko" forması ilə avrokuboklarda 67-ci matçına çıxacaq və klubun əfsanəsi Adelardo Rodrigesin (66) rekordunu yeniləmiş olacaq.

Klubun tarixində ən çox avrokubok matçına çıxan futbolçu Çempionlar Liqasında 30, Avropa Liqasında 32, UEFA Superkubokunda 2 və İntertoto kubokunda da 2 oyunda meydanda olub.

Xatırladaq ki, 2007-ci ilin yazında 13 milyon avro qarşılığında "Osasuna"dan "Atletiko"ya keçən Raul Qarsiya madridlilərin heyətində bu ana qədər 300 rəsmi matçda forma geyib, 40 qola imza atıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm