Bakı Olimpiya Oyunları-2024-ə ev sahibliyi etmək istəyir
Bizi izləyin

İdman

Bakı Olimpiya Oyunları-2024-ə ev sahibliyi etmək istəyir

2024-cü il Yay Olimpiya Oyunlarına iddia edəcək şəhərlərin ilkin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, olimpiadanı keçirmək uğrunda mübarizə aparacaq şəhərlər arasında Bakı da yer alıb.

Azərbaycan paytaxtının mümkün rəqibləri qismində Los-Anceles, Boston (hər ikisi ABŞ), İstanbul (Türkiyə), Doha (Qətər), Durban (CAR), Berlin (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Nayrobi (Keniya), Kasablanka (Mərakeş), Sankt-Peterburq (Rusiya) və Kiyev (Ukrayna) də var.

Daha öncə Toronto (Kanada), Qvadalahara (Meksika) və Taypey (Tayvan) fikirlərindən daşınıb.

Qeyd edək ki, namizəd şəhərlərin yekun siyahısı 2015-ci il sentyabrın 15-də, qalib şəhərin adı 2017-ci ilin ortalarında açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm